Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 19 may 2017-ci il tarixində “Qızların fiziki sağlamlığı:Gələcək nəsillərin inkişafı” adlı konfrans keçirilib.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın apardıqları uğurlu islahatların nəticəsi olaraq beynəlxalq idman tədbirlərində gənclərimizin nailiyyətləri gündən-günə artır. Qadın idmançıların sayının artması ölkə rəhbərliyi tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğının nəticəsidir.

Gənclər və idman naziri Azad Rəhimov azərbaycanlı qadın idmançıların mötəbər idman turnirlərində qazandıqları nailiyyətlər barədə məlumat verib. O bildirib ki, Azərbaycan qadınları ictimai siyasi həyatda hər zaman aktiv olublar: “1956-cı ildə ölkəmizdə 65  min qadın idmanla məşğul olurdusa, 1965 ci ildə bu rəqəm iki dəfə artmışdı. Bu gün də qadınlarımız Azərbaycanı idman sahəsində geniş təbliğ edərək yüksək nailiyyətlər əldə edirlər. IV İslam Həmrəylik Oyunlarında əldə olunan nailiyyətlər buna sübutdur”.

Konfransda çıxış edən İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əl Nasser deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi çox gözəl imkandır. Biz bu imkandan istifadə etməklə Avropaya qadınların qazandığı uğurları göstərməliyik. İslamiadada qadın idmançılar əla nəticələr göstərirlər. Çoxlu sayda gənc oğlan və qız İslam Həmrəyliyi Oyunlarında könüllü qismində iştirak edir. Bu Azərbaycanda idmana olan marağın göstəricisidir. Baş katib Bakıda bu qədər pozitiv könüllülərlə qarşılaşmasından məmnunluğunu bildirib.

AR Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası rektorun müşaviri Şəmsiyyə Mustafayeva, Sağlam Həyat Naminə” İctimai Birliyinin sədri Sədaqət Hüseynova, Olimpiya çempionu Zemfira Meftahatdinova da çıxış ediblər.

 

14951945314230152015_1000x669 14951945311543012433_1000x669

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn