Vətəndaşlar üçün

860 – Dəstək xətti

860 Gender- əsaslı zorakılıqla bağlı Dəstək Xəttin fəaliyyətinə dair xülasə

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Dəstək Xətt pilot layihəsinin icrasına başlanmışdır. Pilot layihə olan 860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xətti 01.11.2020-ci ildən fəaliyyətə başlayıb və 01.12.2020-ci ildən etibarən məişət zorakılığından zərər çəkən şəxslərin zənglərini qəbul edir. Dəstək Xəttinin icrası “Genesis Psychology” təşkilatı tərəfindən həyata keçirilir. Dəstək Xəttinin heyəti 1-i menecer, 3-ü operator olmaqla 4 nəfərdən ibarətdir. Pilot layihə çərçivəsində operatorlar tərəfindən zənglər 09:00-18:00 arası qəbul edilir.

Məqsəd:

Zəng edən şəxsi məlumatlandırmaqla yanaşı, onu dəstəkləmək, mümkün həll yollarına istiqamətləndirmək və təlimatlarla təmin etməkdir. 

860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xəttin məqsəd və vəzifələri:

1) Məişət zorakılığını qiymətləndirilmək;

2) Böhrana müdaxilə və şəxsi təhlükəsizlik planlaşdırılmasını həyata keçirmək;

3) Məişət zorakılığı haqqında maarifləndirmək;

4) Zəng edən şəxsə xidmət təminatçıları ilə bağlı məlumat vermək;

5) Konsultanta yönləndirmək.

860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 2023-cü il üzrə müraciətlərin təhlili

860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 2022-ci il ərzində daxil olan  müraciətlərin təhlili

Məişət zorakılığı ilə bağlı məlumatlandırma kitabçası

Məişət zorakılığı cinayət qanununda necə tənzimlənə bilər. Beynəlxalq təcrübələrdən nümunələr

Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı

Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri

Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları 

Məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət mərkəzləri

Məişət zorakılığı sual-cavab