Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq məişət zəminində zorakılıq hallarının qarşısının alınması və ailədaxili zorakılıqla mübarizə sahəsində preventiv tədbirlər həyata keçirir. Eyni zamanda, Komitə tərəfindən zorakılıq baş vermiş ailələrdə qurbanlara hüquqi və psixoloji yardım edir, reabilitasiya proqramlarını həyata keçirir, uşaqların maraqlarını nəzər alaraq onlar üçün təhlükəsiz həyat şəraitinin yaradılması və digər istiqamətlərdə müvafiq tədbirlər görür.

Kütləvi informasiya vasitələrində Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü  3 uşaq anası Dürdanə Əsgərovanın həyat yoldaşı 1983-cü il təvəllüdlü Zamur Allahverdiyev tərəfindən qətlə yetirilməsi  barədə məlumat öz əksini tapmışdır. Məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılmış hadisə təsdiqini tapmışdır.

Bununla əlaqadar olaraq, Komitənin Hüquqi-təminat şöbəsinin əməkdaşı 9 fevral 2017-cı il tarixdə Gədəbəy rayonuna ezam olunaraq vəziyyətlə  yerində tanış olmuşdur.

9 fevral 2017-ci il tarixində Gədəbəy rayon İcra Hakimiyyətində  Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin iştirakı ilə iclas keçirilmişdir. İclasda Komitənin əməkdaşı  ilə yanaşı, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı yanında YYÇ-ların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu, Komissiyanın məsul katibi, Gədəbəy rayon Polis Şöbəsinin YYÇ-larla profilaktik işin təşkili qrupunun baş inspektoru, Göygöl rayon Uşaq və Ailələrə Dəstək  Mərkəzinin  direktoru və psixoloqu iştirak etmişdirlər.

Məlum olmuşdur ki, 1978-cü il təvəllüdlü  3 uşaq anası Dürdanə Əsgərova həyat yoldaşı Gədəbəy rayon Zəhmətkənd kənd sakini Zamur Allahverdiyev tərəfindən döyülərək qətlə yetirilmişdir. Gədəbəy rayon Polis şöbəsi və Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən bildirmişdir ki, mərhumun özünün və onun qohumlarının zorakılığa məruz qalması ilə bağlı rayon Polis şöbəsinə və İcra Hakimiyyətinə hər hansı bir müraciəti olmamışdır. Gədəbəy rayon İcra Hakimiyyətinin Zəhmətkənd üzrə kənd nümayəndəsinin  verdiyi məlumata görə, əvvəllər ailə  maddi vəziyyətinin ağır olması ilə bağlı müraciət etmiş və müvafiq köməklik göstərilmişdir.

Tədbirdə daha sonra  “Məişət Zorakılığı qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və onun icra mexanizmləri haqqında məlumat verilmiş, əhali arasında profilaktik işlərin aparılmasının vacibliyi vurğulanmışdır.

Daha sonra iclas iştirakçıları ailəyə baxışı keçirmiş və məlum olmuşdur ki, mərhumun övladları yetkinlik yaşına çatmayan 14.09.2012-ci il təvəllüdlü Şəhla Zamur qızı Allahverdiyeva, 07.10.2008-ci il təvəllüdlü Şöhrət Zamur oğlu Allahverdiyev və 03.01.2010-cu il təvəllüdlü Şakir Zamur oğlu Allahverdiyev hazırda ögey əmi Zakir Allahverdiyevin evində müvəqqəti yerləşdirilmişlər. Mənzil bir otaqdan ibarətdir və uşaqların yaşaması üçün şərait yoxdur. Gədəbəy rayon İcra Hakimiyyətindən verilən məlumata görə  Zakir Allahverdiyev  uşaqlara baxmaq üçün maddi imkanının olmadığını bildirmiş və uşaqların dövlətin himayəsinə verilməsini istəmişdir.

Bunları nəzərə alaraq  uşaqların yaşadığı mühitdən çıxarılaraq dövlətin himayəsinə verilməsi məqsədəuyğun hesab edilmişdir. Gədəbəy rayon İcra Hakimiyyəti məsələni nəzarətə götürmüş, müfaviq sənədlər toplandıqdan sonra uşaqların ailə tipli müəssisəyə yerləşdirilməsi qərara alınmışdır. Hazırda baş vermiş hadisənin uşaqlara təsirinin azaldılması üçün  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayonunda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən profilaktik tədbirlər görülür.

Dövlət Komitəsi məişət zorakılığı baş vermiş ailələrdə fərdi monitorinq və reabilitasiya tədbirlərini davam etdirəcək.

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn