Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaq hüquqları ilə bağlı məlumatlılığın artırılması və onların hüquqlarının effektiv müdafiəsinin təmin olunması, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirir.

Bu istiqamətdə növbəti tədbir olaraq 23 dekabr, 2016-cı il saat 11:00-da Holiday Inn otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə Dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr edilmiş “Uşaq hüquqları: inkişaf və perspektivlər” adlı tədbir keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbirdə Bakı şəhərinin bütün rayonları üzrə Komitə tərəfindən keçirilən tədbirlərdə, təlimlərdə aktiv iştirakçı olmuş uşaqlar iştirak edəcək, onlarla aktiv müzakirələr aparılacaq, uşaq iştirakçılığına dair il ərzində təşkil edilmiş tədbirlərə dair təqdimat nümayiş ediləcək, il ərzində uğurlu fəaliyyətinə görə seçilən uşaqlar mükafatlandırılacaq.

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn