Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə albomu” adlı fotomüsabiqə elan edir


Fotoşəkillər nəsillərarası münasibətləri,  ailə şəcərəsini və ya bir ailənin həyat yolunu əks etdirə bilər.

Müsabiqəyə təqdim olunan işlər bir və daha çox şəkildən ibarət ola bilər.

Materialların qəbulu 01 oktyabr 2016-cı il tarixinədək davam edəcəkdir.

Fotomüsabiqəyə təqdim olunan ən maraqlı fotoşəkil “Azərbaycan ailəsi 2016” Film Festivalı çərçivəsində “Ən yaxşı ailə albomu” nominasiyası üzrə mükafatlandırılacaqdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər təşkilat komitəsi tərəfindən hazırlanmış müvafiq anket və fotoşəkilləri aile.problemleri@gmail.com elektron ünvanına göndərilməlidir. 

 “Ailə albomu” fotomüsabiqəsi - A N K E T

                                                                                                     

Anket -Ailə albomu 2016