menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

Komitə sədrinin Özbəkistan Respublikasının Baş Nazirinin müavini ilə görüşü keçirildi

24 aprel 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Özbəkistan Respublikasının Baş Nazirinin müavini, Qadın Məsələləri Komitəsinin sədri Tənzilə Narbayeva ilə görüşü keçirilib.

Hicran Hüseynova Dövlət Komitəsi ilə Özbəkistan Respublikasının Qadın Məsələləri Komitəsi arasındakı əməkdaşlığı yüksək qiymətləndirib və birgə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasında qadın hüquqlarının müdafiəsi, qadınların parlamentdə, bələdiyyədə, qərarqəbuletmədə, idarəetmədə təmsilçiliyinin və müxtəlif sahələrdə səlahiyyətlərinin artırılması, qadınların iqtisadi fəallığının genişləndirilməsi, qadın sahibkarlığının inkişaf etdirilməsi və digər istiqamətlərdə ölkəmizin təcrübəsi qonaqların diqqətinə çatdırılıb.  Komitə sədri Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazası haqqında danışaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin rəhbərliyi ilə qadınların bütün sferalarda özlərini təmsil etmələri üçün hər cür şərait yaradılmışdır və bu məsələlər hər zaman xüsusi diqqət mərkəzində saxlanılır, həmçinin ölkəmizdə qəbul edilmiş bütün Qanunlar gender ekspertizasından keçirilir. O, qadın hüquqlarının qorunması shaəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının sayının artırılmasının vacibliyini də bildirib.

Hicran Hüseynova Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması, qadın hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyini qeyd edib.

Özbəkistan Respublikasının Baş Nazirinin müavini, Qadın Məsələləri Komitəsinin sədri Tənzilə Narbayeva səmimi qəbul üçün minnətdarlığını bildirib. O, ölkəsində qadın hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirləri, qadınlara bütün sahələrdə geniş imkanların yaradılmasını qeyd edib. Tənzilə Narbayeva Özbəkistanda gender bərabərliyinin təmin olunması sahəsində xüsusi Qanunun qəbul olunması istiqamətində müvafiq işlərin görüldüyünü, eyni zamanda Azərbaycandakı kimi qadınlar üçün nikah yaşının 18 yaşa qaldırılması ilə bağlı təkliflər irəli sürüldüyünü diqqətə çatdırıb. Tənzilə Narbayeva statistik rəqəmləri qeyd edərək onu da bildirib ki, Özbəkistanda sağlamlıq imkanları məhdud uşaqların doğuşu 30 faiz azalmışdır.

Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Özbəkistan Respublikası Qadın Məsələləri Komitəsi arasında gələcək əməkdaşlığın gücləndirilməsinin əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Sonda ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə memorandumun imzalanması məsələsi və  gələcəkdə reallaşdırılacaq birgə layihələr müzakirə olunub.

17424778_1451991061489071_6611030641718497415_n 17992122_1451991088155735_7114224993618154947_n

image_pdfimage_print

Komitədə Özbəkistan Respublikasının baş nazirinin müavini, Qadın məsələləri Komitəsinin sədri Tanzila Narbayeva ilə görüş keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasında qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirir və davam etdirir.

Bu sahədə işgüzar fəaliyyətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə 24 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın və Özbəkistan Respublikasının baş nazirinin müavini, Qadın məsələləri Komitəsinin sədri xanım Tanzila Narbayevanın Azərbaycan Respublikasının Baş Nazirinin müavini cənab Əli Əhmədovla görüşü keçiriləcək. Məlum olduğu kimi 25 aprel 2017-ci il tarixində keçiriləcək “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” adlı beynəlxalq konfransda Özbəkistan Respublikasının baş nazirinin müavini, Qadın məsələləri Komitəsinin sədri xanım TanzilaNarbayeva iştirak edəcək.

Görüşdən əvvəl Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarına və Şəhidlər Xiyabanına ziyarət nəzərdə tutulur.

Görüşlər zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılacaq.

image_pdfimage_print

BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin Azərbaycan üçün Milli Fəaliyyət Planının hazırlanması üzrə İşçi Qrupuna təlimlər keçirildi

20-21 aprel tarixlərində Hökumət Evinin Akt zalında BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin Azərbaycan üçün Milli Fəaliyyət Planının hazırlanması üzrə İşçi Qrupuna təlimlər keçirilib. Təlimlər 2 gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin, “Gender Port” beynəlxalq təşkilatının və Böyük Brtitaniya hökumətinin təşkilatçılığı ilə keçirilib.

Təlimin birinci günündə Gürcüstandan olan ekspertlər Elena Rusetskaya, Mamuka Gaçeçiladze “BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin icrası ilə bağlı Qlobal təhlilin nəticələri”, Gürcüstanda bu Milli Fəaliyyət Planının hazırlanması mexanizmləri və icrası ilə bağlı məlumatları diqqətə çatdırıblar. Beynəlxalq ekspert, CEDAW (Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması üzrə BMT Konvensiyası) Komitəsinin üzvü Pramila Patten “Milli Fəaliyyət Planının hazırlanması üçün 5 əsas sütun” mövzusunda, eyni zamanda əsas prinsiplər, indikatorlar və digər məsələlər ilə bağlı İşçi Qrupunu təlimatlandırıb.

Təlimin ikinci günündə Milli Fəaliyyət Planının effektiv şəkildə hazırlanması prosesi, icrası, monitorinq və qiymətləndirilməsi prosesində vətəndaş cəmiyyətinin rolu haqqında məlumatlar İşçi Qrupunun nəzərinə çatdırılıb.

Müzakirələr şəklində keçən təlimin sonunda qrup çalışmaları edilib və gələcək planlarla bağlı fikirlər səsləndirilib.

 

Foto (101) Foto (87) 8H9A9961 8H9A9902 8H9A9872

image_pdfimage_print

“Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

25 aprel 2017-ci il tarixində saat 11:00-da “Boulevard Hotel Baku”  mehmanxanasındaAzərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası tərəfindən “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər”   mövzusunda beynəlxalq  konfrans keçiriləcəkdir.

Konfransın keçirilməsində məqsəd qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqların qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin keçirilməsi sahəsində əməkdaşlıq etmək, perspektivlərin müəyyən edilməsidir.

Konfrans çərçivəsində  “Qadın sahibkarlığının inkişafı  iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi: sahibkarlığa  göstərilən dövlət dəstəyi mexanizmləri”, “Qadın sahibkarlığının inkişafında yeni meyllər:  müsbət  tendensiyalar,  təşəbbüslər və  qazanılmış təcrübə”, “Maarifləndirmə qadınların iqtisadi asılılığının aradan qaldırılmasında, mövcud stereotiplərin ləğvində əsas amil kimi” mövzular üzrə sessiyalar təşkil olunacaqdır. Tədbirdə yüksək səviyyəli dövlət məmurlarının və nüfuzlu qonaqların, eləcə də  Türkiyə, Rusiya Federasiyası, Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan, Belarusiya, Rumıniya, İsveç MərakeşKrallığı, Cənubi Koreyadan olan  nüfuzlu qonaqların iştirakı planlaşdırılır.

Konfransda yerli qonaqlarla bərabər Özbəkistan Respublikasının Baş nazirinin müavini xanım Tənzilə Narbayeva, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi cənab Qulam İsakzai, Tacikistan Respublikası hökuməti yanında Qadın və Ailə Məsələləri üzrə Komitənin sədri xanım Qosimzoda İdigul, Türkiyə Respublikasının Ailə və Sosial Siyasət naziri xanım Fatma Betül Sayan Kaya, Belarusiya Qadınlar İttifaqının Rəyasət Heyətinin üzvü xanım Lyudmila Kandraşova, Belarusiya Respublikasının “Sutoria” ayaqqabı emalatxanasının direktoru xanım Marina Şalima, Mərakeş Krallığının fövqəladə və səlahiyyətli səfiri cənab Mohamed Adil Embarç, Əfqanıstan İslam Respublikasının Qadın Məsələləri üzrə naziri xanım Delbar Nazari, Rumıniyanın Gender Bərəbərliyi üzrə Milli Agentliyinin böyük məsləhətçisi xanım  Aurora Martin, Koreya Republikasının “Estrella” Beynəlxalq şirkətinin prezidenti xanım Kim Hyun Suk, Koreya Respublikasının “Jablemedi” şirkətinin direktoru xanım Jin Saerom, İsveç Winnet (qadın və sahibkarlıq üzrə milli resurs mərkəzi) şirkətinin vitse prezidenti xanım Anu Majkvist,  Moskva Ticarət və Sənaye Palatasının üzvü, Moskva Sahibkarlar Assosiasiyasının sədri, “İnconnect” şirkətinin baş direktoru xanım Tatyana Sadofyeva,Qırğızıstan Respublikasının  Əmək və Sosial İnkişaf Nazirliyinin baş mütəxəssisləri  xanım Kasımbaeva Saulevə xanım Zhupueva Aidana və digər nüfuzlu qonaqların çıxışları gözlənilir.

image_pdfimage_print