menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

“İslam ölkələri: qadınlarının inkişafı” adlı Foto Müsabiqə

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “İslam ölkələri: qadınlarının inkişafı” adlı Foto Müsabiqə həyata keçirir.

Müsabiqədə iştirak etmək üçün iştirakçılar 15 fevral 2017-ci il tarixinə qədər fotomusabiqe2017@gmail.com elektron ünvanına aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Doldurmuş Anket (iştirakçı haqqında məlumat, əlaqə nömrəsi)
  • Müsabiqədə iştirak edən  foto şəkil  sayı: 1 – 5 ədəd;
  • Şəkillərin elektron forması 800 – 1500 px təşkil olunmalıdır və JPEG ,TİFF və ya  RAW formatda təqdim edilə bilər.   

Foto müsabiqəyə təqdim olunan işlər Komitənin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə nümayiş olunacaqdır.

Müsabiqənin qalibləri mükafatlandırılacaqdır.

Əlaqə nömrəsi: 012 598 51 74

foto musabiqe anket

 

image_pdfimage_print

“Sosial şəbəkədə ən çox bəyənilən film” nominasiyası üzrə səsvermə başladı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə böyük uğurla həyata keçirilən “Azərbaycan ailəsi 2016” film festivalına film və fotoların qəbulu 28 oktyabr 2016-cı il tarixində bitmişdir. Festivala təqdim olunan filmlərdən “Sosial şəbəkədə ən çox bəyənilən film” nominasiyası üzrə qalibi müəyyənləşdirmək üçün bütün işlər www.youtube.com sosial şəbəkəsinə yerləşdirilmişdir.

Əziz sosial şəbəkə istifadəçiləri, Sizin hər birinizi 21 noyabr 2016-cı il tarixinədək youtube kanalımızda yerləşdirilmiş festival filmlərini izləməyə və onları layiqincə qiymətləndirməyə dəvət edirik. Sizin aktivliyiniz, bəyənəcəyiniz hər bir film nominasiya üzrə qalibin müəyyənləşməsi üçün böyük bir addımdır. “Azərbaycan Ailəsi 2016″ film festivalının mükafatlandırma və bağlanış mərasimi 29 noyabr 2016-cı il tarixində saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.  Hər birinizə təşəkkür edirik.

 

AQUPDK LOGO (LAST 3) Logo_of_Heydar_Aliyev_Foundation UNFPA_logo.svg

image_pdfimage_print

Audio Müsabiqə

audmusabiqeAzərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işləri həyata keçirilir. Bu tədbirlərin bir hissəsi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN FM Radio və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində cari ilin sentyabrın 26-dan oktyabrın 30-dək audio sosial çarxların hazırlanması məqsədi ilə ssenari müsabiqəsinə start verilmişdir.

ƏTRAFLI

image_pdfimage_print

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə albomu” adlı fotomüsabiqə elan edir

Fotoşəkillər nəsillərarası münasibətləri,  ailə şəcərəsini və ya bir ailənin həyat yolunu əks etdirə bilər.

Müsabiqəyə təqdim olunan işlər bir və daha çox şəkildən ibarət ola bilər.

Materialların qəbulu 01 oktyabr 2016-cı il tarixinədək davam edəcəkdir. ƏTRAFLI

image_pdfimage_print