menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

20 Yanvar-Ümumxalq hüzn günü münasibətilə Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən tədbirlər keçirildi

20 yanvar- Ümumxalq hüzn günü münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zaqatala, Zərdab, Goranboy, Göygöl, Ağdam, Qəbələ, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bir sıra tədbirlər həyata keçirimişdir. Məktəblilərin, ictimai fəal gənclərin iştirak etdiyi tədbirlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş,  20 Yanvar tarixinin xalqımızın qəhrəmanlıq səhifəsi olduğu vurğulanmışdır. Tədbirdə çıxış edənlər iştirakçılara 20 Yanvar tarixinin əsl həqiqətləri barədə məruzələr etmişdirlər. Xüsusilə uşaqlarda vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə uşaqların Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuş, “20 Yanvar” tarixi ilə bağlı inşa müsabiqəsi keçirilmişdir.

DSC08667 20 yanvara hesr olunmush gushe anim merasimi IMG_0569 IMG_1210 IMG_1280 IMG_3893 IMG_3896 ??????????????????????????????? IMG_3926 IMG_3945 IMG-20170117-WA0007 IMG-20170117-WA0017 IMG-20170117-WA0046

image_pdfimage_print

“3 dekabr-Beynəlxalq Əlillər Günü”

“3 dekabr-Beynəlxalq Əlillər Günü” ilə əlaqədar Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə aztəminatlı ailələrdən olan xüsusi qayğıya ehtiyaclı uşaqlara 5 ortopedik ayaqqabı, 3 əlil arabası və bir xüsusi oturacaq verilmişdir.

image_pdfimage_print

11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Biz zorakılığa YOX deyirik” həftəsinə start verilmişdir

“25 noyabr-Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi “Biz zorakılığa YOX deyirik” həftəsinə start vermişdir. Həftə çərçivəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə rayon və kəndlərdə keçirilən tədbirlərdə icma üzvləri qadınlar və gənc qızlar iştirak etmişdir. Tədbirlərdə qadınlara bütün dünyada olduğu kimi ölkəmizdə də rast gəlinən gender əsaslı zorakılıq- erkən nikah, qızların təhsildən yayınması, qadın əməyinin istismarı, qadınlara qarşı fiziki, cinsi, psixoloji, iqtisadi və s. kimi problemlər barədə məlumat verilmiş, problemin həlli yolları müzakirə edilmişdir. İştirakçılara həmçinin, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun və Azərbaycan müstəqillik qazandıqdan sonra qadına verilən dəyər barədə məlumat verilmişdir.

Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı məlumatlandırma vərəqələri paylanmışdır.

20161010_160358 DSC00497 DSC02246 DSC08542 IMG_0272 Meishet zorak yigincaq-Zengishali Peşə 2

image_pdfimage_print

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində “Beynəlxalq Uşaq Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilib

Noyabrın 24-də Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində “Beynəlxalq Uşaq Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirilib. Aztəminatlı, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakı ilə keçirilən tədbirdə onlara ehtiyaclarına uyğun hədiyyələr paylanmış və  tədbir uşaqların hazırladıqları şeir və musiqilərlə sona çatmışdır.

IMG_7902

image_pdfimage_print