menu images menu images menu images menu images

SƏSVERMƏ

  • Sizcə məişət zorakılığının kökündə nə durur?

    Nəticələr

    Loading ... Loading ...

“İnsan alverinin qurbanı olma” mövzusunda yürüş təşkil olunub

Aprelin 25-də Zərdab  Uşaq  və  Ailələrə  Dəstək  Mərkəzinin  təşkilatçılığı  ilə  “İnsan  alverinin  qurbanı  olma”  mövzusunda   yürüş  təşkil  olunub.

Yürüşdə  Mərkəzdən  bəhrələnənlər,  Uşaq  və  Gənclər  klubunun  üzvləri, şəhər  1 saylı  tam  orta  məktəbin  və Salahlı  kənd məktəbinin  şagirdləri, Qızıl Aypara Cəmiyyətinin  Zərdab  bölməsinin  əməkdaşları və könüllülər ibarət 50 nəfər  iştirak  edib.

Yürüş   iştirakçıları  Dədə  Qorqud  meydanından  başlayaraq,  Heydər  Əliyev  prospekti  boyunca  hərəkət  edib və  “İnsan  alverinin  qurbanı  olma”, “İnsan alverinə  Son  qoyaq”  kimi  şüarlar  səsləndiriblər.

 

20170418_162332 20170418_161504 20170418_160931 20170418_160857

image_pdfimage_print

“İnsan alveri nədir?” mövzusunda tədbir

Aprelin 19-da Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “İnsan  alveri  nədir?” mövzusunda  tədbir təşkil  olunub.

Diskusiya şəklində keçən tədbirdə uşaqlara insan alverinin qurbanı olmamaq üçün  hansı  qaydaları bilməli, hansı  şərtlərə  əməl  etməli olduqları, insan alveri qurbanı  olarkən  hara  müraciət  olunmalı  və s. kimi  bilinməsi  vacib  olan  qaydalar izah edilib və maarifləndirici materiallar paylanılıb.

 

20170303_150939 20170303_150733 20170303_150631

image_pdfimage_print

“Ailədaxili zorakılığın gənclərə təsiri” adlı dəyirmi masa

Aprelin 12-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Mərkəzdə Ailədaxili zorakılığın gənclərə təsiri” adlı dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə Zərdab Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru açaraq, iştirakçıları salamladı, mövzu ilə bağlı məlumat verdi.

Daha sonra Mərkəzin əməkdaşı bildirdi ki, məişət zorakılığı törədən şəxslərin əksəriyyəti ya spirtli içki, ya da narkotik aludəçiləridir. Ailədaxili zorakılığa məruz qalanlar isə əsasən qadınlardır. Ailədaxili zorakılığın fəsadları nəinki qadınlara, həm də uşaqlar, yeniyetmə və gənclərə də təsirsiz ötüşmür. Gələcəyimiz olan uşaqların düzgün tərbiyə edilməsi, bir şəxsiyyət kimi formalaşması ailədən başlayır.

Uşaqların iştirakı  ilə keçirilən  dəyirmi masada mövzu ilə bağlı geniş müzakirələr oldu, uşaqların fikri dinlənildi.

 

20170303_155206

image_pdfimage_print

“Zərərli vərdişlərə son” adlı maarifləndirmə tədbiri

Fevralın 15-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Zərdab rayon Gənclər Mərkəzində “Zərərli vərdişlərə  son” adlı  maarifləndirmə  tədbiri keçirildi.

Tədbirdə  çıxış  edənlər  mövzu haqqında iştirakçılara məlumat verərək onları zərərli vərdişlərdən  uzaq olmağa çağırdılar. Tədbirdə siqaret və narkotik maddələrin orqanizmdə səbəb olduğu müxtəlif xəstəliklərlə yanaşı, insan psixologiyasında, ailə mühitində yaratdığı problemlər barədə danışıldı.

Sonda iştirakçılarla mövzu ətrafında maraqlı müzakirələr  oldu, maarifləndirici materiallar paylanıldı.

IMG_0495 IMG_0497 IMG_0500

image_pdfimage_print