Sadə axtarış
| |
 XƏBƏRLƏR
10 İyun, 2013. “İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığının və hüquq pozuntularının aradan qaldırılması üçün proqramların hazırlanmasına beynəlxalq dəstək” mövzusunda konfrans

6 İyun 2013-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə “İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığının və hüquq pozuntularının aradan qaldırılması üçün proqramların hazırlanmasına beynəlxalq dəstək” mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Dövlət Komitəsinin sədr müavini Aynur xanım Sofiyeva açaraq dövlət uşaq siyasəti və uşaqların baxımsızlığının qarşısının alınması sahəsində hökümət tərəfindən görülən tədbirlər barədə məlumat vermişdir. Xanım Aynur Sofiyeva Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirildiyini qeyd etmiş, uşaqlar arasında maariflənmə işinin aparılmasının vacibliyini vurğulamışdır. Daha sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunu icraçı direktoru Günel İbrahim çıxış edərək "İnsan alverinə qarşı mübarizə aylığı" çərçivəsində belə bir tədbirin keçirilməsinin əhəmiyyətini vurğulamışlar. Tədbirdə aidiyyəti dövlət orqanlarından nümayəndələr çıxış edərək uşaq baxımsızlığının qarşısının alınması sahəsində gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr aparmışlar.


  Oxumaq
4 İyun, 2013. “AİLƏ QADIN UŞAQ” JURNALININ YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəşri olan “Ailə Qadın Uşaq”  jurnalının yeni – (11-12-ci) sayı çapdan çıxıb. Dərginin bu sayı  Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmolaq-alim Zərifə Əliyevanın 90 illik yubileylərinə həsr olunub.Jurnal  “Ön söz”  yazısı ilə açılır. Burada Komitə sədri, eyni zamanda jurnalın baş redaktoru Hicran Hüseynovanın fikir və düşüncələri verilib.  
Redaksiya heyəti tərəfindən  təqdim olunan “Ülvi məhəbbət dastanı” yazısı iki görkəmli İnsanın  - Ulu Öndər Heydər Əliyev və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim  Zərifə Əliyevanın təmiz və saf məhəbbətindən,  şərəfli ömür yollarından bəhs edir. 


  Oxumaq
4 İyun, 2013. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “İstedalı uşaqlar festivalı -2013” keçirilmişdir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunur. Təşkil olunan tədbirlərdə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakı xüsusi olaraq nəzərə alınır. Bu il Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş və 22 may - 1 iyun tarixlərində keçiriləcək silsilə tədbirlərin yekunu olaraq 1 iyun 2013-cü ildə, saat 11:00-da Hyatt Regency otelinin Quba zalında “İstedalı uşaqlar festivalı -2013” keçirilmişdir.


  Oxumaq
3 İyun, 2013. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində NATO-nun nümayəndəsi ilə görüş olmuşdur

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri Hicran Hüseynovanın   NATO-nun Baş Katibinin Qadın, Sülh və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi xanım Mari Sakeri  ilə  görüşü olub.    Görüşdə əməkdaşlıq məsələləri və hər iki tərəfi maraqlandıran problemlər ətrafında müzakirələr aparılıb.  Tədbirdə  Xarici İşlərNazirliyinin II Katibi Vüqar Qurbanov, Xarici İşlər Nazirliyinin Attaşesi Nadir Saraclı və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr və Protokol şöbəsinin müdiri Səbinə Manafova iştirak etmişlər.


  Oxumaq
31 May, 2013. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Montenoqrodan olan qonaqlarla görüş olmuşdur.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri Hicran Hüseynovanın Montenoqronun Elm naziri Sanja  Vlahovic ilə  görüşü olub.    Görüşdə əməkdaşlıq məsələləri və hər iki tərəfi maraqlandıran problemlər ətrafında müzakirələr aparılıb.  Tədbirdə  Montenoqronun informasiya texnologiyaları üzrə beynəlxalq eksperti  Milan Marik və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr və Protokol şöbəsinin müdiri Səbinə Manafova iştirak etmişlər.


  Oxumaq
29 May, 2013. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İSESKO-nun baş direktoru ilə görüşmüşdür

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə ISESKO-nun baş direktoru cənab Əbdüləziz Osman Al-Tüveycri arasında  görüş olmuşdur. Görüşdə Baki şəhərində 2013-cü ilin  noyabr ayında ISESKO-nun  uşaq məsələləri  üzrə   məsul  nazirlərin  IV İslam Konfransının  keçirilməsi əlaqədar olaraq  məsələ müzakirə  olunmuş və razılaşma müqaviləsi imzalanmışdır


  Oxumaq

 SƏSVERMƏ
Aktiv sorğilar yoxdur
 
 İNTERAKTİV XƏRİTƏ

 












© 2013 All rights reserved www.scfwca.gov.az
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi