Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərməsinin bu gün 12 ili tamam oldu

6 fevral 2018

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərməsinin bu gün 12 ili tamam olur
Dövlət Komitəsi ailə, qadın və uşaq prollemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 
 
Ötən 12 il ərzində Dövlət Komitəsi tərəfindən qadın və uşaq hüquqlarının müdafiəsi, ailə dəyərlərinin təbliği və qorunub gələcək nəsillərə ötürülməsi, məişət zorakılığının, erkən nikah hallarının qarşısının alınması, gender bərabərliyinin təmin edilməsi, qadın sahibkarlığının inkişafı və digər mühüm istiqamətlərdə məqsədyünlü tədbirlə həyata keçirilmiş və bu gün də davam etməkdədir.