Ağdamda Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ağac əkilib

Azərbaycan və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən illik yüksək səviyyəli strateji məsləhətləşmələr çərçivəsində tədbir iştirakçıları Ağdam ərazisində xüsusi ayrılmış sahədə Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə ağac əkiblər.
Tədbirdə Dövlət Komitəsinin sədri Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycanın hökumət nümayəndələri, BMT-nin ölkəmizdə fəaliyyət göstərən müxtəlif agentliklərinin nümayəndələri iştirak ediblər.