Məhkum qadınlarla növbəti görüş keçirildi

5 iyul 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında əməkdaşlıq çərçivəsində qadın məhkumların hüquqi maarifləndirilməsi istiqamətində keçirilən tədbirlərin davamı olaraq, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınların problemlərinin öyrənilməsi və həlli məqsədilə onlarla 1 iyul 2022-ci il tarixində görüş keçirilib.

Görüş zamanı 33 məhkum qadının müraciətləri dinlənilib. Məhkumların aliment məsələləri, ailələrinin sosial müdafiəsi, övladlarının əlillik və sağlamlıq problemləri, həmçinin internat və uşaq evlərində təhsil alan övladlarının problemləri və digər vacib məsələlər ilə bağlı ərizə və müraciətlərinə baxılıb.

Müraciət edən məhkum qadınların problemləri araşdırılaraq Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görüləcəkdir.