2003-cü ilin bu günü, 15 oktyabrda keçirilmiş prezident seçkilərində İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir

15 oktyabr 2021

Paylaş:

2003-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən 5-ci rəsmi seçkilər olmuşdur. Demokratik qaydada keçirilən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 71.5%-i (3,046,401 vətəndaş) iştirak etmişdir. Seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev olmuşdur. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Prezident seçildiyi ilk gündən verdiyi vədə sadiq qalaraq 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın işğaldan azad olunmasına müvəffəq olan Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün də böyük quruculuq işlərinə imza atmaqdadır.