Regionlarda uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə silsilə tədbirlər davam edir

15 iyul 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri  tərəfindən uşaqların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda yeni bilik və bacarıqların artırılması məqsədilə müxtəlif tədbirlər keçirilir.

İsmayıllı və Zaqatala rayonlarında parklarda Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən maraqlı oyunlar təşkil edilib, uşaqlar rəsmlər çəkib, nağıllar dinləyiblər.

Sabirabad, Goranboy və Şüvəlan UADM-də isə mərkəzin kiçik benefisiarları üçün kulinariya məşğələləri keçirilib.                                                                          

Eyni zamanda, Goranboy UADM-in əməkdaşları və könüllülərinin iştirakı ilə Goranboy şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasında keçirilən musiqili əyləncəli tədbirlərdə uşaqlara xalq mahnıları və milli rəqslər öyrədilib.