15 may - Beynəlxalq Ailə Günü ilə bağlı silsilə tədbirlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib

15 may 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Ağdam, İsmayıllı, Zaqatala və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib.  

Görüş zamanı torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımız böyük ehtiramla yad edilib. Ailə üzvləri onların ailə daxilində necə bir övlad, ata, həyat yoldaşı olmaları haqqında müsbət xatirələrini bölüşüblər. Mərkəz əməkdaşları onların ailələrinin qayğıları ilə maraqlanıb. Görüşün sonunda hədiyyələr təqdim edib.