Növbəti könüllü ailə Xanlarovlar ailəsidir

27 avqust 2020

Paylaş:

“Ailə könüllüləri” layihəsi çərçivəsində könüllülərimizin müxtəlif ailələrə ziyarəti  davam edir. Könüllülər qonaq olduqları ailələrin həyat hekayələrini dinləyərək dəstək olmağa çalışır və təcrübələrini bölüşürlər.

Qusar rayonunda yaşayan könüllü Xanlarova Nərgiz 25 il gizir vəzifəsində çalışan Fikrət Xanovun ailəsini ziyarət edib. Fikrət bəy göstərdiyi xidmətə görə aldığı medal və  təltifləri  qonaqlara göstərib, qulluq keçdiyi dövrdə qarşılaşdığı maraqlı hadisələri onlara danışıb, məsləhətləri ilə bölüşüb.