“Sağlam bədən, sağlam gələcək” tədbiri keçirilib

23 yanvar 2020

Paylaş:

Yanvarın 23-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Dörd yol 1 qəsəbəsinin icma binasında “Sağlam bədən, sağlam gələcək” tədbiri keçirilib. Tədbirdə UADM-in əməkdaşları və bir qrup qəsəbə sakinləri iştirak ediblər.

Tədbirdə sağlam qidalanmanın və idmanın insan həyatında oynadığı böyük roldan danışılıb. Uşaqların sağlam və düzgün qidalanmasının onların təhsildə uğur qazanmasına  səbəb olduğu barədə marifləndirici məlumatlar verilib.

Tədbirin sonunda tədbir iştirakçılarına mövzunu əhatə edən bukletlər paylanılıb.

Tədbirdən sonra iştirakçılar kofe süfrəsinə dəvət olunub.