Yevlaxda həssas təbəqədən olan ailələrlə görüş keçirildi

2 dekabr 2019

Paylaş:

Dekabrın 2-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Yevlax rayonunda yaşayan qaraçı ailələri ilə görüş keçirilib.

Görüş çərçivəsində onların həyat şəraitləri ilə yaxından maraqlanılıb. Övladlarının təhsil almaq hüquqları, yaşadıqları ünvanda qaz və elektrik xətlərinin olması və onlarında istifadə etmək hüquqları oldugu barədə məlumat verilib. Bəzi ailələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqların səhiyyə xidmətlərindən yararlanması barədə lazımi məlumatlar verilib.

Daha sonra onları maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda onları narahat edən problemlərlə bağlı müvafiq qurumlara müraciət etmələri bildirilib.