Saatlı UADM tərəfindən “Zorakılığa “yox” deyək” adlı tədbir keçirilib

25 noyabr 2019

Paylaş:

25 noyabr 2019-cu il tarixində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü münasibəti ilə Fətəlikənd kəndində 32 nəfər qadının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan etməsindən, BMT hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəltmək məqsədi ilə tədbirlər keçirməyi təklif etməsindən məlumat verilib. Qadın zorakılığının qlobal pandemiya olmaqda davam etməsindən, qadınların təxminən 70 faizinin məişət zorakılığından əziyyət çəkməsindən danışılıb. Qeyd edilib  ki, dünyada qadınların və qızların 35 faizi azı bir dəfə fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır. Bucur hallar baş verərsə hara, kimə müraciət etmələri barədə iştirakçılar məlumatlandırılıb.

Tədbir iştirakçılarına mövzu ilə bağlı buklet və “Qadın hüquqları” adlı kitab paylanılıb.