Komitənin kollegiya iclası keçirilib
Paylaş:
Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Komitə sədri Hicran Hüseynova iclası giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin qoyduğu prinsiplərə sadiq qalaraq bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlardan danışıb. O qeyd edib ki, bütün görülən işlər ailə, qadın və uşaq siyasəti istiqamətində fəaliyyətin genişlənməsinə və inkişafına imkan yaradır. Bununla yanaşı Komitə sədri qarşıdan gələn Bələdiyyə seçkisinə toxunaraq qadınların fəallığının sevindirici hal olduğunu deyib. Bunlar dövlətin gender bərabərliyi və qadınların cəmiyyətdə fəallığının artırılması istiqamətində apardığı uğurlu siyasətin nəticəsidir, deyə H.Hüseynova bildirib. Daha sonra gündəlikdəki məsələlər müzakirə edilib.
İlkin olaraq Lanzarote Konvensiyasına qoşulma və Konvensiyanın ratifikasiyası, 18 noyabr “Uşaqların Cinsi Zorakılıq və İstismardan Müdafiəsi Günü”, “Komitə tərəfindən hazırlanan sənəd layihələrinin icra vəziyyəti”, “Azərbaycan ailəsi – 2019” film Festivalının keçirilməsi ilə bağlı, “Uşaq əməyindən istifadə vəziyyətinin öyrənilməsinə dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması” ilə bağlı tədbirlərin icrası məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İclasda Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin sədri Ramilə Seyidova da iştirak edib.