Komitənin sədr müavini "Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi" layihəsinin təqdimatında çıxış edib

6 noyabr 2019

Paylaş:

Bu gün Avropa Şurasının yeni layihəsi olan "Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi" layihəsinin təqdimatı keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi layihənin əsas tərəfdaşlarından biridir.

Layihənin təqdimatında çıxış edən Avropa Şurasının Bakıdakı Ofsinin rəhbəri Səfir Zoltan Hernyes bildirib ki, icra ediləcək layihənin ümumi məqsədi Azərbaycan mediasında və media vasitəsi ilə gender bərabərliyi və digər etik standartları təşviq etməkdir. Belə ki, media sektorunda məşğulluğun detallı statistikası da daxil olmaqla Azərbaycan mediasında genderə dair məlumat bazasının toplanması və Azərbaycan mediasında qadın mövzusunda tədqiqatın aparılması nəzərdə tutulub.

Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, son illər Azərbaycanda Avropa Şurası və Avropa İttifaqı ilə birlikdə bir sıra layihələr həyata keçirilib.  O, Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumatlar verərək, bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. 

Tədbirdə Avropa İttifaqının Nümayəndəliyinin, Əməkdaşlıq Ofisinin rəhbəri Simona Gatti, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov, Azərbaycan Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli, BDU-nun jurnalistika fakultəsinin dekanı Vüqar Əliyev həmçinin layihənin rəhbəri Pərvanə Bayramova çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Tədbir müzakirələrlə davam edib