4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınlarla görüş təşkil edilib

23 oktyabr 2019

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınların problemlərinin həllinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına, yenidən cəmiyyətə sağlam qüvvə kimi qayıtmasına yönəldilmiş tədbirlər həyata keçirir.   

“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”  Azərbaycan Respublikasının Qanununa, Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol xəritəsinin tədbirlər planı və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən qadınların azadlığa hazırlanması, habelə azad olunduqdan sonra onların qısa müddət ərzində işlə təmin olunmalarında köməklik məqsədilə məhkumların istəklərini və peşə imkanlarını nəzərə  alaraq məhkumluq müddətini bitirməyə 3 ay qalmış məhkum qadınlarla Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası tərəfindən müxtəlif sahələr üzrə sahibkarlıqla məşğul olan qadınlar arasında gələcək fəaliyyətin qurulması nəzərdə tutulmuşdur.

Əməkdaşlığın səmərəli qurulması üçün ilkin olaraq məhkum qadınlar haqqında (onların peşə fəaliyyətini, eləcə də maraq və istəklərini nəzərdə tutan) sorğu-anketlər doldurulmuş və Komitə vasitəsilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasına yönəldilmişdir.

23 oktyabr 2019-cu il tarixində 4 saylı Cəzaçəkmə Müəssisəsində Komitənin nümayəndələrinin və bir qrup sahibkar qadınların iştirakı ilə məhkum qadınlarla görüş təşkil edilib. İlkin olaraq Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva görüşə gələn sahibkar qadınların fəaliyyəti və qazandıqları naliyyətləri barəsində geniş məlumat verib.

Daha sonra azadlığa buraxılacaq məhkumlar dinlənilib, bacarıq və peşələri barəsində ətraflı məlumat verilib. Tədbirin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası və 4 saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndələrindən ibarət işçi qrupunun yaradılması qərara alınıb. İşçi qrupunun fəaliyyətinin əsas istiqaməti