Komitə tərəfindən Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində tədbir keçirilib

25 sentyabr 2019

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə Müəssisəsində olan uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə onlara öz hüquq və vəzifələri ilə bağlı biliklərin öyrədilməsi, eləcə də asudə vaxtının səmərəli təşkili istiqamətində mütəmadi olaraq tədbirlər keçirir. 

Bu istiqamətdə fəaliyyətin davamı olaraq Tərbiyə Müəssisəsində 25 sentyabr 2019-cu il tarixində uşaqlara qarşı zorakılığın hər hansı növündən (“bullinq” də daxil olmaqla) müdafiəsi və qarşısının alınması, eləcə də uşaqların “bullinq”dən müdafiəsi ilə bağlı ictimai maarifləndirmənin artırılması məqsədilə növbəti tədbir təşkil edilib.

Tədbirdə Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və həmin şöbənin əməkdaşları Fərid Ədilov və Kənan Adıgözəlov iştirak edib.

Tədbir zamanı uşaqlara zorakılıq (”bullinq”), onun növləri, uşaqlara təsir etməsi, eləcə də “bullinq”in öhdəsindən necə gəlməklə bağlı məlumat verilib, onlarla bu istiqamətdə müzakirələr aparılıb, fikirləri dinlənilib.