“Gender bərabərliyinin təmin olunması sahəsində dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının gücləndirilməsi” mövzusunda təlimlər keçiriləcək

22 fevral 2019

Paylaş:

25 fevral 2019-cu il tarixində saat 9:00-da Ekselsior otelində  “Gender bərabərliyinin təmin olunması sahəsində dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının gücləndirilməsi” mövzusunda AQUPDK və Avropa İttifaqının birgə təşkilatçılığı ilə iki-günlük beynəlxalq təlim keçiriləcək.

Təlimin əsas məqsədi gender bərabərliyinin təmin olunması sahəsində vətəndaş cəmiyyəti və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi və Avropa ölkələrinin müsbət təcrübələrinin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

        Təlimdə aidiyyəti dövlət qurumları, yerli QHT-lər, KİV nümayəndələri və Avropa ölkələrindən dəvət olunmuş ekspertlər iştirak edəcəklər. Xanım Marta Silva Portuqaliya Respublikasını təmsil edir və hal-hazırda Məişət və Gender-əsaslı zorakılıq üzrə İttifaqının təsisçisi və Portuqaliya Respublikasının Gender bərabərliyi Komissiyasının rəhbəridir. Cənab Vojsiyeç Sadovnik Polşa Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatını təmsil edir və xanım Magda Zupançik Avropa İttifaqının Koordinasiya Şurası, və Sloveniya Respublikasının Əmək, Ailə, Sosial Məsələlər və Bərabər İmkanlar Nazirliyini təmsilçisidir. Hər üç eskpert gender bərabərliyinin təmin olunması sahəsində böyük təcrübəyə malik və bu sahədə öz ölkələrində uğurlu layihələrin və təşəbbüslərinin müəllifidirlər.

Həmçinin təlimdə qadın hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərən QHT sədrlərinin məruzələri dinləniləcək və dövlət orqanlarının bu sahədə apardıqları siyasətlər haqqında məlumatlar vərəcəkdir.