Peşəkar usta – rəngsaz fəaliyyəti ilə maraqlanan xanımlar üçün yeni bir layihəyə start verilir – “Qadın Ustalar Birliyi” sosial layihəsi

8 fevral 2019

Paylaş:

Dünyanın müxtəlif ölkələrində aparılan araşdırmalara əsasən dayanıqlı iqtisadi inkişafın təmin olunmasında kişilərlə yanaşı qadınların qüvvəsi əmək bazarının gender aspektlərində vacib rol oynayır. Son beynəlxalq statistikalar göstərir ki, 25 – 30 ildə qadınların işçi qüvvəsi kimi iqtisadiyyatda iştirakları əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Çağdaş dövrdə gender bərabərliyinə yalnız daşlaşmış insan haqqları kimi yanaşılmır, bu həmçinin, dayanıqlı, mədəni və hərtərəfli iqtisadi inkişafı təmin edən modern yanaşma hesab edilir. Xüsusilə də məşğulluq sahəsində kişilərlə qadınların imkanlarından eyni səviyyədə istifadə edilməsi gender bərabərliyinin təmin olunmasında həlledici rol oynayır. Bu faktor qadınların iş həyatına qatılmaqları üçün daha çox bilik və bacarıqlarını inkişaf etdirməklərinə sövq edir, həmçinin məişət qayğılarında kişilərlə bərabər yük daşıyırlar. Eyni zamanda, qadınların məşğulluq potensiallarından istifadə edilməsi, onların sərbəst gəlir əldə etməklərinə və gələcək risklərdən özlərini sığortalamaqlarına şərait yaradır.

İnkişaf etmiş ölkələrdə cəmiyyət həyatının bütün sahələrində o cümlədən əmək bazarında gender fərqlərinin kəskin azalmasını müşahidə edə bilərik. Bu faktor digər milli hökümətlərin gündəliyində gender əsaslı strategiyalara fokuslanmasına əsaslanır. Son 10 ildə Azərbaycanda da məşğulluq sahəsində gender fərqlərinin aradan qaldırılmasına yönəldilmiş bir sıra addımlar atılıb. Buna baxmayaraq, rəsmi statistik məlumatların analizi göstərir ki, ölkənin mövcud əmək bazarında gender fərqliliyi inkişaf etmiş ölkələrlə müqayisədə xeyli yüksəkdir.

Cəmiyyətdə formalaşan bəzi streotiplər qadınların cəmiyyətdə müəyyən yer tutaraq çalışmalarına maneə yaradır. Misal olaraq ölkənin tikinti sektorunda yalnız kişilər çalışır və qadınların fiziki olaraq bu gücə və potensiala sahib olmadıqları düşünülür. Bu yanaşma qadınlarda özlərinə qarşı inamsızlıq yaradaraq cəmiyyətdən çəkinmə,  əmək bazarında sıxışdırılma və s. kimi nəticələr yaradır.

“Qadın Ustalar Birliyi” sosial layihəsi cəmiyyətdə peşə seçimləri zamanı gender fərqinin aradan qaldırılmasına təkan verməklə yanaşı, cəmiyyətdə qadınlara qarşı olan inam və dəyərlərin yüksəldilməsinə fürsət yaradacaqdır. Layihə həmçinin tiktinti sferasında fiziki güc tələb etməyən işlərdə qadınların iştirakının artırılmasına diqqət çəkəcək.

əqdim etdiyimiz layihə qadınlarımızın məşğulluq üzrə olan gender fərqini aradan qaldırılması üçün ilkin stimullaşdırıcı təkandır.

Layihənin ilk mərhələsində 30 xanım iştirakçının cəlb olunması planlaşdırılır. Bir il davam edəcək mərhələdə iştirakçıların rəngsazlıq sahəsində yetişdirilməsi, ictimaiyyətə və müvafiq qurumlara tanıdılması və iş yerləri ilə təmin edilməsi nəzərdə tutulur.

Layihə ilk olaraq işsiz, layihəyə qarşı yüksək motivasiyası olan xanımların seçimi ilə başlayacaq. İştirakçıların təmir sahəsinə marağının olması seçim mərhələsinin əsas şərtlərindən biridir.

Layihədə iştirakçı statusu qazanacaq 30 nəfər xanım rəngsazın öyrənməli olduğu bütün ilkin biliklərə sahiblənəcəklər. Belə ki, layihəyə dəvət olunacaq peşəkar ustaların təqdim etdikləri proqrama əsasən xanımlar təlimlərdə iştirak edəcəklər.

Proqramın davamı olaraq xanım ustalar praktik təlimlərə başlayacaqlar. Hər bir iştirakçı üçün şərait yaradılacaq ki, öyrəndikləri nəzəri bilikləri praktikada möhkəmləndirsinlər.

Layihədə xanım iştirakçılara mənəvi dəstək göstərmək üçün cəmiyyətdə uğurlu qadın kimi qəbul edilən tanınmış şəxslərlə görüşlər təşkil ediləcək.

Əlavə olaraq, liderlik, nitq, inandırma bacarığı olan, həmçinin cəmiyyətinzövqlü qadın kimi qəbul etdiyi məşhurlardan biri layihənin siması olaraq seçiləcək. Layihənin KİV və sosial şəbəkələrdə yayımlanacaq çarxlarında seçiləcək simadan istifadə olunacaq.

Layihə çərçivəsində xanım rəngsazların fiziki işlə məşğul olmaqla bərabar zərifliklərini, həm də gözəlliklərini qorumaq üçün modelyer dizaynerlər tərəfindən xüsusi iş geyimləri hazırlanacaqdır. Bu geyimlər onların iş prosesində rahat hərəkət etməklərini və başlayacaqları yeni peşələrində gözəlliklərini qorumaqlarına yardım edəcək.

Layihənin geniş reklamı yaranacaq yeni hərəkatın xanımlar arasında trendə çevrilməsinə, beləliklə qadınların məşğulluq probleminin qismən aradan qaldırılmasına dəstək verəcək.

Təlim proqramı bitdikdən sonra layihənin geniş təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Layihənin nəticəsi olaraq xanımlarımız Sobsan Ustalar Birliyinin üzvlərinin köməyi ilə peşəkar usta fəaliyyəti ilə məşğul olub əmək bazarında iştirak edəcəklər.

Əlavə məlumat üçün (012) 430 30 42 və (012) 498 80 93 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Elektron ünvan:

office@businessinsight-az.com

 

Layihə Forması

I.    Titul vərəqi

 

Layihənin adı:     “Qadın Ustalar Birliyi” sosial layihəsi

(qısa, aydın olmalı və layihənin məzmununu dəqiq əks etdirməlidir)

Layihənin müddəti:  

01.11.2018-01.11.2019

(dəqiq tarix yoxdursa, aylarla göstərin)

Tələb olunan məbləğ (AZN)

 

Layihə rəhbəri:  

 

(soyadı, adı, atasının adı)

Layihəni təşkil edən orqan:

Business Insight;
Sobsan Boya.

Ünvan:

Həsən bəy Zərdabi, 88A

(poçt indeksi, şəhər, rayon)

Əlaqə telefonları:

0124303042

Elektron ünvan:

office@businessinsight-az.com

Layihə rəhbərinin imzası:

 

Tarix:      18.10.2018