“Ailədə müsbət valideynlik” mövzusu ətrafında suallarınızı Dövlət Komitəsinin Aparat rəhbəri, uşaq inkişafı mütəxəssisi Ceyran Rəhmətullayeva cavablandıracaq

4 Comments

  1. Çiçək Mirzəyeva
    January 9, 2019

    Çox sağ olun.Təşəkkür edirəm. Həmin ailə oğlunu bu pis vərdişdən uzaqlaşdırmaq üçün müalicəyə cəlb edib. İkinci dəfə müalicə almaq mümkünmü? Həm də bu mualicə baha qiymətə olduğu üçün ailə yenidən risk etmir.Gəncin pulsuz mualicəyə cəlb olunması mümkünmü?

  2. Mirzəyeva Çiçək
    January 9, 2019

    Bir ailə tanıyıram. Mədəni, savadlı, cəmiyyətdə sözünü demiş və tanınmış ailədir. Amma son zamanlarda onun yeganə oğlunun narkotik maddələrdən istifadə etdiyini eşitdim. Ailə öz övladını bu vərdişdən heç cür çəkindirə bilmir.Övlad heç bir valideynini dinləmir.Ailəni külli miqdarda maliyyə sıxıntısına salıb. Sizcə bu cür övlada necə təsir etmək olar?

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      January 9, 2019

      Salam Çiçək xanım. Bu problem təəssüf ki bütün dünyada ailələrin, xüsusilə də yeganə övladı olan ailələrdə ən böyük çətinlikdir. Nə üçün xüsusilə tək uşaqlı ailələrdə çünki onlar ailədə valideyn tərəfindən bütün ehtiyaclarla tam təmin olunurlar, lakin mənəvi hisslərini və vaxtını bölüşəcək və keçirəcək bacı qardaşları olmadığı halda valideynlərlə qurduqları əməkdaşlıq da daha çox maddi tərəfləri əks etdirdiyi üçün valideyn uşağın daxili və mənəvi ehtiyaclarından xəbərsiz olur və bu halda maraqlı, macaralı və yaxşı həyat axtarışına çıxan gənc özünə bu yolu seçir. İndiki vəziyyətdə uşaq təcili və məcburi müalicəyə cəlb olunmalı amma psixoloji olaraq valideyn uşağına hiss etdirməlidir ki, o onu hər bir halı ilə qəbul edir və bu vəziyyətdən birgə çıxmaları üçün çalışmalı və vəziyyətin qəbullanma və böhrandan çıxış dövrlərini keçməlidirlər.

  3. Samire Xalidova
    January 9, 2019

    Salam. Yaxşı valideyn olmaq üçün tək mənəvi yox həm də maddi dəstək etmək lazımdı. Əgər valideyn uşaqlarının ehtiyaclarının ödəyə bilmirsə necə baxa bilərki onlara?

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      January 9, 2019

      Salam Samirə xanım. Sualınızın cavabı bir müzakirə və uşaqla aparılan sosial psixoloji iş mövzusudur. Qısaca olaraq onu deyə bilərəm ki yaxşı bir valideyn olmaq üçün valideynin mövcud imkanları daxilində uşağın ilkin yaşam ehtiyaclarının ödənilməsindən sonra ən önəmli vəzifəsi onunla düzgün ünsiyyət və fərdi yanaşma yolunu tapmaq və onu ailənin real imkanları daxilində olan yaşam tərzinə dostcasına alışdırmaqdır.

  4. Lalə Əhmədova
    January 9, 2019

    Salam. Mənim iki övladım var. Oğlan uşaqları olduğu üçün hiss edirəm ki, aramızda sanki məsafə var, onlarla daha yaxın ünsiyyəti necə qura bilərəm. Baş verən hadisələrdən qorxuram, intihar halları , zorakılıq halları və s. Xahiş edrirəm sualıma cavab verəsiniz.

    • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
      January 9, 2019

      Salam Lalə xanım. Uşaqlarınızın neçə yaşı var? İlk növbədə ailədə olan hər iki valideynin mövqeyi eyni olmalıdır. Uşaqların hansı cinsdən aıslı olmayaraq hər iki valideynlə ünsiyyəti eyni dərəcədə səmimi və dostcasına olmalıdır. Əyər siz oğlanlarınızla səmimi və onları hər adddımda qınamayacaq bir mövqe tutaraq onlara evinizin içində bir dost mühiti yaratsanız onlar özlərini tənhalıqdan qurtarmaq üçün nə gizli əməkdaşlığa nə də intihara sövq etməyəcəklər. Onlarla hər mövzuda danışmaqdan çəkinməyin. Həyatın reallıqlarını ilk öncə onlara siz valideynlər başa salmalı və hazırlamalısınız ki, intihara sürükləyən depressiv situasiyalardan uzaqlaşsınlar.

Close
Close