Uşaq və Ailələrə Dəstək Mərkəzləri “uşaq hüquqları” aylığı çərçivəsində silsilə tədbirlər keçirmişlər

20 noyabr 2018

Paylaş:

Məlum olduğu kimi 20 Noyabr BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunduğu tarixdir. Azərbaycan Respublikası həmin Konvensiyaya ratifikasiya etdiyi üçün hər il 20 noyabr ərəfəsində “uşaq hüquqları” aylığı qeyd edilir.

Uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi sahəsində vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə hər il olduğu kimi bu ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq ə Ailələrə Dəstək Mərkəzləri bu məqsədlə silsilə tədbirlər həyata keçirmişdirlər. Beləki, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Şağan Mədəniyyət Mərkəzində, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi  Cəbrayıl rayon qaçqın məktəbində və şəhər 4 saylı məktəblərdə, Zərdab, Sabirabad , Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzləri Mərkəzdə maarifləndirici bayram tədbirləri keçirmişdirlər.

Tədbirlərdə iştirak edən uşaqlara öncə Uşaq Hüquqları Konvensiyasını əhatə edən 54 maddə və 4 kateqoriyalar haqqında ətraflı məlumat verilmiş, uşaqların yaşamaq, inkişaf, müdafiə  və iştirak hüquqları barədə söhbət aparılmışdır, uşaqların fikirləri dinlənilmiş və mövzuya dair qısa maarifləndirici film təqdim olunmuşdur.