Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə sərhədəyaxın Bənövşələr kənd tam orta məktəbi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirdilər

31 may 2018

Paylaş:

Ağdam Uşaq və Ailələrə Dəstək  Mərkəzi ilə sərhədəyaxın  Bənövşələr kənd tam orta məktəbi ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə mayın 17-də məktəbin müəllim və şagird kollektivi ilə “Əbədi yaşa, Azərbaycan!” adlı tədbir keçirdilər.        

Tədbirdə məktəblilər və müəllimlərdən başqa kənd sakinləri, Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, rayon idarə və müəssisə rəhbərləri də iştirak edirdi.           

 Mərkəzin Direktoru Y.Qəhrəmanova çıxış edərək, 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçiliyində şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətlərin haqq və hüquqlarına hörmət və ehtiramının təntənəsi olduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin 3 rəngli bayrağımızı yenidən dalğalandıraraq Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addım atdığını iştirakçıların diqqətinə çatdırdı. 

    Məktəblilər hazırladıqları “Əbədi yaşa, Azərbaycan” adlı kompozisiyanı təqdim etdilər.