1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi bu il də silsilə tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

24 may 2018

Paylaş:

Silsilə tədbirlər çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsi ilə birgə mütəmadi olaraq məhkum anaların uşaqlarının hüquqlarının müdafiəsi məqsədilə onların birgə görüşlərini təşkil edir. Növbəti tədbir olaraq, 25 may 2018-ci il tarixində “Birlik” xeyriyyə təşkilatının da iştirakı ilə internat və uşaq evlərində tərbiyə alan uşaqların, eləcə də bir qrup aztəminatlı ailədən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi bu il də silsilə tədbirlərin təşkili nəzərdə tutulmuşdur. olan uşağın məhkum anaları ilə görüşünün təşkil edilməsi planlaşdırılır.

Görüşün təşkil edilməsində məqsəd valideyin məsuliyyətinin məhkum qadınlar arasında təbliği, onlara mənəvi dəstəyin göstərilməsi, həmçinin uşaqlara bayram əhval ruhiyyəsi bəxş etməkdir. Tədbir uşaqlar üçün əyləncəli proqram formasında təşkil ediləcək, nahar yeməyi və yaşlarına uyğun hədiyyələr nəzərdə tutulur. Tədbirdən sonra Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində tərbiyə alan uşaqlarla da görüşün keçirilməsi və hədiyyə olaraq musiqi alətləri təqdim olunması nəzərdə tutulmuşdur.

Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini tədbiri işıqlandırmağa dəvət ediləcək.