İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə 15 may-Beynəlxalq Ailə günü münasibətilə uzunömürlü ailələrə səfər edib

16 may 2018

Paylaş:

Beynəlxalq Ailə günü münasibətilə İsmayıllı şəhərində yaşayan 103 yaşlı böyük bir nəslin ağbirçəyi Səkinə Çələbiyeva, Diyallı kəndində yaşayan, bu il evliliklərinin 55 ilini çoxsaylı övladları, nəvələri, nəticələri ilə birlikdə qeyd edəcək  Firəngiz və Ağa Qasımov cütlüyü, Xəlilli kəndində yaşayan, 10 qız övlad böyüdüb nümunəvi ailə sahibi etmiş Kimya və Əlmövsüm Qədirov  cütlüyü  ziyarət edilirlər. Hər 3 ailə çoxsaylı övladlarının əhatəsində xoş xatirələr danışır, evin sevimlisindən elin istəklisinə necə çevrildiklərini həvəslə, öyüd-nəsihət verirmiş kimi səbrlə, ağsaqqal böyüklüyü, ağbirçək əzmi ilə dilə gətirirlər.

Hər 3 ailəyə, habelə bu müdrik insanlara bu gün böyük səbrlə qulluq edən, onların hər nazını, qayğısını çəkən evin xanımlarına Mərkəz adından hədiyyələr təqdim olunur.