Azərbaycan Maliyyə-İqtisad Kollecində tədbir keçiriləcək

2 may 2018

Paylaş:

  Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Beynəlxalq Ailə Günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibəti ilə may ayının 1-dən 15-dək həyata keçirilən tədbirlər planında hər il olduğu kimi, bu il də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər çərçivəsində Səhiyyə Nazirliyi ilə birgə və Təhsil nazirliyinin dəstəyi ilə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədi ilə  03 may 2018-ci il tarixində saat 11:00-da Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində tədbirin keçirilməsi  nəzərdə tutulur.

Keçiriləcək tədbirdə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkogolizm, siqaret), QİCS-ə qarşı mübarizənən gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində əhalinin maarifləndirilməsi istiqamətində müzakirələr aparılacaqdır.