“İnsan alverinə” qarşı maarifləndirici tədbir

18 aprel 2018

Paylaş:

Aprelin 13-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən rayon 3 saylı məktəbdə “İnsan alverinə” qarşı maarifləndirici tədbir keçirmişdir. Tədbir məktəbin bir qrup şagirdlərinin iştirakı ilə keçirilmişdir. Qeyd edilmişdir ki, “İnsan alveri” istismar məqsədi ilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür. Həmçinin bildirilmişdir ki, yaşından və cinsindən asılı olmayaraq hər bir şəxs insan alverçilərinin qurbanı ola bilər. İnsan alverinin qurbanı olmamaq üçün, nələrə diqqət etməyin vacibliyi izah edilmişdir. tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmış və mövzuya aid bukletlər və məlumat vərəqələri paylanılmışdir.