“Mənim də öz dünyam var” adlı bədii-əyləncəli görüş

10 aprel 2018

Paylaş:

            Aprelin 5-də Ailə, Qadın və Uşaq  Problemləri  üzrə  Dövlət Komitəsinin  nəzdində  fəaliyyət  göstərən Göygöl  Uşaq və Ailələrə Dəstək Mərkəzində  Göygöl rayon Təhsil şöbəsi ilə birlikdə fərdi təhsilə cəlb edilmiş sağlamlıq imkanı məhdud uşaqlarla, onların cəmiyyətə inteqrasiyası məqsədilə “Mənim də öz dünyam var” adlı bədii-əyləncəli görüş  keçirilmişdir.

 Görüşdə 23 nəfər Göygöl rayonu üzrə fərdi təhsilə cəlb edilmiş uşaqlarla bərabər Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən uşaqlar, Göygöl rayon Musiqi məktəbinin  müəllim və şagird kollektivi iştirak etmişdir.

Tədbirin bədii hissəsində-Mərkəz xidmətlərindən bəhrələnən uşaqların musiqili çıxışları, görüşdə iştirak edən sağlamlıq imkanları məhdud uşaqların musiqi nömrəsi və şerləri təqdim edilmişdir.

 Sonda sağlamlıq imkanı məhdud uşaqların valideynlərinin şikayət  və təklifləri dinlənilmişdir.