“2 Aprel Beynəlxalq Autizm Məlumatlandırma Günü” ilə əlaqədar təlim keçirildi.

5 aprel 2018

Paylaş:

“2 Aprel  Beynəlxalq  Autizm  Məlumatlandırma Günü” ilə əlaqədar martın 29-da Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi təlim keçirmişdir. Məktəb psixoloqlarının, uşaq baxçasının tərbiyəçilərinin, həkim-nevropatoloq və icma üzvlərinin iştirak etdiyi tədbirdə iştirakçılara autizm barədə məlumat verilmiş, autizmin ilkin göstəriciləri və erkən müdaxilənin vacibliyi qeyd edilmişdir. Təlimdə autizmin xəstəlik deyil, sindrom olduğu vurğulanmışdır.