Hacıqabul şəhər 2 saylı tam orta məktəbində “QİÇS nədir?” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

15 mart 2018

Paylaş:

 

Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi martın 13-də Hacıqabul şəhər 2 saylı tam orta məktəbində “QİÇS nədir?" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Hacıqabul şəhər 2 saylı tam orta məktəbinin direktoru, Rayon Polis şöbəsinin rəis müavini, Rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu, Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına catmayanlarla iş üzrə Komissiyanın məsul katibi, Rayon Polis şöbəsində azyaşlılar üzrə komissiyanın sədri, Gənclər və İdman İdarəsinin rəisi və məktəbin otuz nəfər  şagird və müəllim heyyəti iştirak edirdi. Tədbirdə çıxış edənlər “QİÇS nədir?" mövzusunda şagirdlərə ətraflı məlumat verdilər və uşaqların asudə vaxtlarının  səmərəli təşkilinin vacibliyini vurğuladılar.

Tədbirin sonunda şagirdləri  maraqlandıran suallar cavablandırıldı və onlara QİÇS mövzusunda  broşuralar təqdim edildi.