8 Mart “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dətək Mərkəzləri “Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” adlı tədbir təşkil etmi

12 mart 2018

Paylaş:

Martın 6-da Hacıqabul şəhər 6 saylı orta məktəbində “Narkomaniya və onun fəsadları ” mövzusunda Dəyirmi masa keçirildi. Dəyirmi masada Hacıqabul şəhər 6 saylı orta məktəbinin direktoru, Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Rayon Polis Şöbəsinin rəis müavini, azyaşlılar üzrə komissiyanın sədri, Rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu, Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına catmayanlarla iş üzrə komissiyanın məsul katibi, Gənclər və İdman İdarəsinin rəisi müavini və 50 nəfər  şagird, müəllim kollektivi iştirak edirdi. Tədbirdə çıxış edənlər “Narkomaniya və onun fəsadları” mövzusunda şagirdlərə ətraflı məlumat verərək, uşaqlara asudə vaxtın səmərəli keçirilməsinin vacibliyini qeyd etdilər.  

Tədbirin sonunda şagirdləri  maraqlandıran suallara ətraflı cavablar  verildi, onlara narkomaniyaya qarşı mübarizəyə dair broşurlar təqdim edildi.