Azərbaycan Respublikasının Nazirlər Kabineti
Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə
Qərar № 98
Bakı şəhəri, 23 may 2001-ci il
«Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2001-ci il, № 5, maddə 348) («LegalActs» LLC).
13 sentyabr 2004-cü il tarixli, 131 nömrəli; 29 dekabr 2005-ci il tarixli, 245 nömrəli; 13 sentyabr 2006-cı il tarixli, 204 nömrəli; 6 fevral 2007-ci il tarixli, 25 nömrəli; 11 avqust 2008-ci il tarixli, 181 nömrəli; 19 oktyabr 2009-cu il tarixli, 168 nömrəli; 22 sentyabr 2017-ci il tarixli, 384 nömrəli; 28 dekabr 2017-ci il tarixli, 604 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 23 may tarixli
98 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri
1. Uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur:
1.1. Əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən:
1.2. Qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən:
1.3. Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə ailə kəndli təsərrüfatından əldə etdiyi xalis gəlirdən.
1.4. Mülki-hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələrdən.
2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərin qazancından aliment tutularkən bu qazancdan gəlir vergisinin, məcburi dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlərin tutulması Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 99-cu maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
3. Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərdən aliment vəzifə maaşından, hərbi rütbəyə görə verilən maaşdan, habelə vəzifə maaşına olan əlavələrdən və daimi xarakter daşıyan digər ödənclərdən tutulur.
Ayda qanunvericiliklə müəyyən edilmiş şərti maliyyə vahidinin 5 misli məbləğindən çox pul təminatı alan müddətli xidmət hərbi qulluqçularından aliment ümumi əsaslarla tutulur.
4. Yazıçılardan, bəstəkarlardan, rəssamlardan və digər yaradıcı işçilərdən aliment müəlliflik qonorarı məbləğlərindən, vəkillərdən vəkil qurumlarında və qanunvericiliklə məyyən edilmiş digər qaydada işinə görə bütün növ qazanclarından tutulur.
5. Aliment aşağıdakılardan tutulmur:
6. Hərbi qulluqçulardan, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətinə aid şəxslərdən hərbi qulluqdan və hüquq-mühafizə orqanlarından tərxis olunan zaman verilən işdənçıxarma və birdəfəlik müavinətlərdən, həmçinin daimi xarakter daşımayan pul təminatının digər növlərindən aliment tutulmur.
7. Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.
© LegalActs LLC