«Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu»nu imzalamaq səlahiyyətinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. «Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu»nu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Kamran qızı Hüseynovaya verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Protokolunu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Kamran qızı Hüseynovaya verildiyi barədə Türkiyə Respublikası Hökumətinə müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 25 oktyabr 2011-ci il
№ 1791
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc
edilmişdir (31 oktyabr
2011-ci il, №10, maddə 943) («LegalActs» LLC).
© «LegalActs» LLC