Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümünə həsr olunmuş tədbir keçirildi

5 февраля 2018

Поделиться:

Yanvarın 26-da Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il dönümü ilə əlaqədar Cümhuriyyətin tarixinin öyrənilməsi məqsədilə maarifləndirici tədbir keçirmişdir.

Mərkəzin direktoru tədbirdə çıxış edərək, cəmi 23 ay ömrü olmuş Azərbaycan Demokratik Respublikasının xalqımıza verdiyi töhfələrdən və Şərqdə qadına seçki hüququ verən ilk Respublika olduğu barədə məlumat vermiş və bugünki müstəqil, azad Azərbaycanın Ümummilli lider Heydər Əliyevin şah əsəri olduğundan iftixarla söz açmışdır. Tədbirdə iştirakçılara  mövzu ilə bağlı hazırlanmış slayd nümayiş olunmuşdur.