“2 Fevral-Gənclər Günü” ilə əlaqədar gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə intellektual oyun təşkil edildi

2 февраля 2018

Поделиться:

“2 Fevral-Gənclər Günü” ilə əlaqədar gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi “Gələcəyə Doğru” Gənclərin Sosial İnkişafına Dəstək  İctimai Birliyi ilə birgə “Nə? Harada? Nə zaman?” Intellektual oyunu təşkil etmişlər.

Tədbir 31 yanvar tarixində Qəbələ şəhər N. Apayev adına 4 saylı tam orta məktəbdə rayonun müxtəlif kənd məktəblərində çalışan gənc müəllimlərin iştirakı ilə baş tutmuşdur. Oyunda səsləndirilən suallar, əsasən, gənclərin özünüinkişafı və dünyagörüşünün artırılması istiqamətində olmuşdur.

Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.