“20 Yanvar –Tarixin qan yaddaşıdır” adlı maarifləndirmə tədbiri keçirildi

22 января 2018

Поделиться:

Yanvarın 17-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə rayondakı 3 saylı körpələr evi uşaq bağçasında “20 Yanvar –Tarixin qan yaddaşıdır” adlı maarifləndirmə tədbiri keçirildi.

Dövlətimizin gələcəyi olan uşaqlarda vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə keçirilən tədbirdə uşaqlara vətənimiz Azərbaycanın öz azadlığı uğrunda verdiyi şəhidlər, qanlı tarixlər barədə məlumat verildi. Qeyd edildi ki, 1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.