İsmayıllı rayonunda göz müayinəsi aksiyası keçirilib

22 января 2018

Поделиться:

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyi ilə birlikdə yanvarın 18-də  İsmayıllı rayonunda  göz müayinəsi aksiyası keçirmişdir.

Aksiya çərçivəsində “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyinin Göz klinikasının təcrübəli həkimləri İsmayıllı rayonunda olmuş, sağlamlıq imkanları məhdud, habelə valideyn himayəsindən məhrum və imkansız ailələrin uşaqlarının gözlərini müayinə etmişlər. Müayinələr səyyar göz kabinetində Klinikaya məxsus müasir avadanlıqlarla təchiz olunmuş ambulansda keçirilmişdir. Həkimlər hər bir uşağı diqqətlə müayinə edərək lazımi müalicəni məsləhət görüblər.

Mərkəzin işçiləri növbə gözləyən uşaq və valideynlərlə sağlam həyat tərzi, düzgün qidalanma barədə, “Hüquq Dünyası” Hüquqi Təbliğat” İctimai birliyinin əməkdaşı İlham Quliyev isə hüquqi mövzuda söhbətlər aparmış, valideynlərin sosial yardım, pensiya və müavinətlərin hesablanması ilə bağlı çoxsaylı suallarını cavablandırmışlar.