Yanvarın 11-də Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Şüvəlan qəsəbəsində yerləşən 156 saylı orta məktəbdə "Narkotik və onun zərərli təsirləri" barəsində maarifləndirici tədbir keçirilib.

16 января 2018

Поделиться:

     Tədbir 20 nəfər şagirdin iştirakı ilə təşkil edilib. Uşaqlara narkomaniya və onun zərərləri mövzusundakı fikirlərini bildirmək tapşırılıb. Yaşlarının az olmasına baxmayaraq, onlar mövzu ətrafında geniş məruzə edib və fikirlərini rəsm və inşalar vasitəsilə "Narkomaniyaya yox" şüarı altında bildirib. Tədbirin sonunda uşaqlara maarifləndirmə materialları paylanılıb