Uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə dəyirmi masa təşkil edildi

10 января 2018

Поделиться:

Yanvarın 10-da Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi şəhər 1saylı tam orta məktəbində uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədi ilə uşaqlar və valideynlər arasında saglamlıq, xəstəliklərin risk amilləri mövzusunda dəyirmi masa təşkil etmişdir.

Tədbirdə xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi, uşaqların icbari dispanserizasiyaya cəlb edilməsinin və preventiv tədbirlərin həyata keçirməsinin müstəsna rolu olduğu vurğulanmışdır.

Tədbirin sonunda uşaqlara maarifləndirmə materialları təqdim edilmişdir.