Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Yeni il şənliyi” keçirildi

27 декабря 2017

Поделиться:

Zərdab  Uşaq  və  Ailələrə Dəstək Mərkəzində  31  dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü  və Yeni  il  münasibəti ilə  “Yeni il şənliyi” keçirilib. Mərkəz  xidmətlərindən  bəhrələnən  aztəminatlı  ailənin uşaqları, xüsusi qayğıya ehtiyacı olan  uşaqlar,  körpələr  evi  uşaq  bağçasının  fidanlarının  iştirakı  ilə  keçirilən  şənliyə  qonaq gələn Şaxta baba və Qar qız şənliyə daha da rəng qataraq  uşaqları  bayram  münasibəti ilə  təbrik  edib, onlara  yeni  ildə  yeni  uğurlar   arzulayıb.

Uşaqlar  bayram  münasibəti  ilə şeirlər  söyləyib, mahnılar  ifa edib, rəqs və səhnəciklər  nümayiş  etdiriblər. Tədbirdə  fəal iştirak  edən  40 nəfər  xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı  ailələrin uşaqlarına  Şaxta baba  tərəfindən  bayram  hədiyyələri  təqdim  edilib.