Dövlət Komitəsində FAO-nun Avropa və Mərkəzi Asiya Regional Ofisinin Gender Məsələləri üzrə eksperti ilə görüş keçirilib

13 декабря 2017

Поделиться:

13 dekabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya Regional Ofisinin Gender Məsələləri üzrə eksperti xanım Aroa Santyaqo ilə Komitənin sədr müavini xanım Sədaqət Qəhrəmanovanın görüşü keçirilib. Görüş Komitə əməkdaşlarının iştirakı ilə baş tutub.

Görüş zamanı növbəti ildə Azərbaycan, Türkiyə, Qırğızıstan, Tacikistan və s. ölkələrin iştirakı ilə “Kənd təsərrüfatında qadınlar” mövzusunda layihənin həyata keçirilməsi məsələsi qeyd olunub. Eyni zamanda, “Qadınlar və kənd təsərrüfatı” mövzusunda ölkə üzrə araşdırmanın nəticələrinin nəşr olunmasının nəzərdə tutulması görüş iştirakçılarının diqqətinə çatdırılıb.