Reyhan Camalova

5 декабря 2017

Поделиться:

15 yaşlı ixtiraçı gənc Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji istehsal edən “Rainergy”  qurğusunu  nümayiş etdirdi. Tədqiqatlar göstərir ki, dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək olar. Bu problemi həll etmək üçün Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji isehsal edən “Reynerci” (Rainergy) qurğusunu yaratdı. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisini yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir.