“Uşaq hüquqları” aylığı çərçivəsində tədbir keçirildi

22 ноября 2017

Поделиться:

Noyabrın 22-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Uşaq Hüquqları” aylığı ilə bağlı maarifləndirici-əyləncəli tədbir keçirilib. 

Tədbirdə Zərdab 3 saylı körpələr evi-uşaq bağçasının uşaqları, məktəblilər, Uşaq İncəsənət Məktəbinin rəqs kollektivi, Mərkəz xidmətindən bəhrələnən uşaqlar iştirak ediblər.

Tədbirdə çıxış  edənlər uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda uşaqların ifasındakı rəqslər, şeirlər və mahnılar qonaqların zövqünü oxşayıb.