Ailə, Qadın və Uşaq və Problemləri üzrə Dövlət Komitəsi və “ASAN Könüllüləri” Təşkilatının birgə aksiyası başa çatıb

25 июня 2015

Поделиться:

Ailə, Qadın və Uşaq və Problemləri üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” Təşkilatı ilə birgə məktub aksiyası həyata keçirib.

1 ay ərzində “ASAN xidmət”in könüllüləri Göygöl, Ağdam, Saatlı, Sabirabad və Xəzər rayonlarında fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçiləri ilə birlikdə həmin rayonlarda yaşayan 150 aztəminatlı ailələrə səfər edib, uşaqların arzuladıqları hədiyyələri və yazdıqları məktublar toplayıblar. Uşaqların istədikləri hədiyyələr qısa müddətdə alınaraq,  öz sahiblərinə çatdırılıb.